Cəlilabadda iki nəfər qətlə yetirilib - VİDEO

Cəlilabadda iki nəfər qətlə yetirilib - VİDEO
# 22 iyul 2022 09:23 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR