Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapılıb - YENİLƏNİB

Cəlilabadda itkin düşən 14 yaşlı oğlan Bakıda tapılıb - YENİLƏNİB
# 02 iyun 2023 22:08 (UTC +04:00)

Bir neçə gün bundan əvvəl itkin düşən yeniyetmə tapılıb.

APA - nın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayon sakini 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və o, artıq ailəsinə təhvil verilib.

***

31.05.2023

Saat 14:38

Cəlilabadda yeniyetmə itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən təhsil aldığı məktəbdən çıxandan sonra rayonu tərk edib və geri qayıtmayıb.

P.Quliyevin maşınla Lənkəranın "Ləvəngi" dairəsinə getdiyi, parkda dönər, su aldığı bildirilir.

Evdən çıxarkən əynində ağ köynək və əlində çanta olub.

Faktla bağlı polisə müraciət olunub.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, yeniyetmənin mayın 30-da saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad RPŞ-yə müraciət daxil olub. Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR