Cəlilabadda keçmiş məhkum tanışını baltalayıb - YENİLƏNİB - VİDEO

Cəlilabadda keçmiş məhkum tanışını baltalayıb - YENİLƏNİB  - VİDEO
# 28 aprel 2022 10:06 (UTC +04:00)

Prokurorluq keçmiş məhkumun tanışını baltalaması barədə məlumat yayıb.

Cəlilabad rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aprelin 27-i saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1982-ci il təvəllüdlü Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

09.56

Cəlilabada kişi tanışını baltalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR