Cəlilabadda maşın maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Cəlilabadda maşın maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 18 may 2023 20:13 (UTC +04:00)

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın Cənub bürosunun məlumatına görə, xəsarət alanlar Cəlilabad rayon sakinləridir.

Bunlar:

1987-ci il təvəllüdlü Zaur Əliyev,

1953-cü il təvəllüdlü Məmməd Məmmədov və

1957-ci il təvəllüdlü Töhvə Məmmədovadır.

Xəsarət alanların hər üçü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***

18.54

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR