Cəlilabadda qadın kişini bıçaqlayıb

Cəlilabadda qadın kişini bıçaqlayıb
# 24 sentyabr 2019 10:41 (UTC +04:00)

Cəlilabadda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun Qüdrət İsmayılov küçəsi, mənzil 15-də qeydə alınıb. Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Heydər Əsgərov qonşusu Namiq Abışovun evində onunla və tanışı, 1960-ci il təvəllüdlü Süsən Əliqi ilə birlikdə spirtli içki qəbul edib. Daha sonda N.Abışov yenidən spirtli içki almaq üçün mağazaya gedib. Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb. Spirtli içkinin təsirində olan S.Əliqi H.Əsgərovu bıçaqlayıb.

S.Əliqi hüquq-mühafizə orqanları tərəfindın saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR