Cəlilabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Cəlilabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
# 15 yanvar 2023 15:05 (UTC +04:00)

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR