Cəlilabadda qəzada ölənlərin sayı artıb - VİDEO - YENİLƏNİB

Cəlilabadda qəzada ölənlərin sayı artıb - VİDEO  - YENİLƏNİB
# 09 sentyabr 2022 14:30 (UTC +04:00)

Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəzada ağır yaralanan 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu da həyatını itirib.

***

10:03

Cəlilabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobil hərəkətdə olarkən, "Kamaz" markalı yük avtomobilini aparan evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

09:38

Cəlilabadda avtomobil qəzası olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə “İsuzu” markalı evakuator toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR