Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
# 19 mart 2023 20:13 (UTC +04:00)

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində rayon sakinləri - 1997-cü il təvəllüdlü Hüseyn Ağayev və 2002-ci il təvəllüdlü İbrahim Ağayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR