Cəlilabadda yol qəzasında iki nəfər ölüb - FOTO - YENİLƏNİB-2

Cəlilabadda yol qəzasında iki nəfər ölüb  - FOTO   - YENİLƏNİB-2
# 30 sentyabr 2022 23:53 (UTC +04:00)

Cəlilabad rayonunda baş verən ağır qəzada ölənlərin adları məlum olub.

APA-nın xəbərinə görə, həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.

Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

***

22.32

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ilkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR