Cəlilabadda yol qəzasında avtomobil yanıb, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Cəlilabadda yol qəzasında avtomobil yanıb, sürücü ölüb   - FOTO  - VİDEO  - YENİLƏNİB
# 25 sentyabr 2023 23:33 (UTC +04:00)

Xəbərə foto əlavə edilib.

***

23.02

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarəetdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Mercedes" yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR