Cinayətkar birlik yaratmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsinin vaxtı məlum olub

Cinayətkar birlik yaratmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsinin vaxtı məlum olub
  • Clock-gray 11:43
  • calendar-gray 09 Noyabr 2019

Cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatına olan məhkəmə prosesi noyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakinləri - Bilal İsmayılov və Əfqan Aslanov ölkə hüdudlarından kənarda cinayətkar birliklərdə iştirak və kiçik qruplara rəhbərlik ediblər. Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar. 
 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date