Çörək sexinə saxta pul verən şəxslər tutulub

Çörək sexinə saxta pul verən şəxslər tutulub
# 24 dekabr 2021 12:39 (UTC +04:00)

Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 23-də 2 nəfərin S.Dərvişovaya şəhər ərazisindəki işlədiyi çörək sexində, C.Əhmədov və R.Qurbanova isə idarə etdikləri avtomobillərdə hər birinə 20 manatlıq saxta əsginas vermələri barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin əsginasları vermiş Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı oradan 3 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 13 ədəd 5 manatlıq və 16 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR