COVID pasportu olmayan 30 nəfər toya buraxılmayıb

COVID pasportu olmayan 30 nəfər toya buraxılmayıb
# 08 yanvar 2022 09:11 (UTC +04:00)

Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 30 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR