COVID xəstəsi aparan təcili yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - VİDEO

COVID xəstəsi aparan təcili yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - VİDEO
# 27 dekabr 2021 16:50 (UTC +04:00)

Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Şəki şəhərində Salman Mümtaz küçəsində baş verib.

Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR