Dairəvi Yolda qəza olub, 2 nəfər xəsarət alıb - FOTO

Dairəvi Yolda qəza olub, 2 nəfər xəsarət alıb - FOTO
# 12 sentyabr 2019 15:10 (UTC +04:00)

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Kənar Dairəvi Yolda qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində iki qadın xəsarət alıb. Onlar kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəza səbəbindən yolda tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR