Daşkəsəndə minik avtomobili "KamAZ"la toqquşub, ölən var - FOTO

Daşkəsəndə minik avtomobili "KamAZ"la toqquşub, ölən var - FOTO
# 03 dekabr 2022 16:09 (UTC +04:00)

Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Araşdırmalar zamanı məlum olub ki, "KamAZ" markalı avtomobil ilə "Niva" markalı yük avtomobili toqquşmuş nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

“Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR