Daşkəsəndəki qəza zamanı ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Daşkəsəndəki qəza zamanı ölən şəxsin kimliyi məlum olub  - FOTO  - YENİLƏNİB  - VİDEO
# 26 iyun 2022 13:00 (UTC +04:00)

Daşkəsəndə avtomobilin çaya düşməsi nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs sərnişin 1990-cı il təvəllüdlü Daşkəsən rayon sakini Vüsal Rüstəmovdur.

Qeyd edək ki qəza ötən gecə rayonun Quşçu kəndində qeydə alınıb. Gəncə sakini 1990-cı il təvəllüdlü Rövşən Alıyev idarə etdiyi "VAZ 2106" markalı avtomobili Qoşqar çayına düşüb. Nəticədə sürücü və Rusal Cabbarovda xəsarət alıb.

***

25 iyun

Saat 23:53

***

Daşkəsəndə çaya düşən avtomobil çıxarılıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri məlumat verib.

***

20.32

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Qoşqar çayının üzərindəki körpüdən aşıb.

Qəza zamanı 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir nəfər hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR