Daxili İşlər naziri: "Bu il 424 kriminal qrup zərərsizləşdirilib"

Daxili İşlər naziri: "Bu il 424 kriminal qrup zərərsizləşdirilib"
# 12 iyul 2019 17:29 (UTC +04:00)

“Ötən 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib”.

APA-nın məlumatına görə, bunu Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Nazir qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini bildirib.

V. Eyvazov vurğulayıb ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələri cari ilin birinci yarısında da yerinə yetirilib.

“Nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulu həyata keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti öz müsbət həllini tapıb”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR