Dələduzluğa görə həbs edilmiş bələdiyyə sədrinin bacısı azadlığa buraxılıb

Aytac Əliyeva

© APA | Aytac Əliyeva

# 12 may 2022 14:46 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.

APA xəbər verir ki, məhkəmə şikayəti araşdırıb və qərar qəbul edib.

Məhkəmə Aytac Əliyeva barəsində hökmü qüvvədə saxlayıb. Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR