Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından həbs edilib

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından həbs edilib
# 20 sentyabr 2019 15:16 (UTC +04:00)

Bakıda dələduzluqda təqsirləndirilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, N. Əfəndiyeva vətəndaş İlhamə Umbayeva qarşı dələduzluq edib.

İ. Umbayeva qızıl alveri ilə məşğul olub. N. Əfəndiyeva onun etibarından sui-istifadə edərək 70 min manatdan çox dələduzluq edib.

N. Əfəndiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR