Dələduzluqda təqsirləndirilən sabiq baş həkimin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən sabiq baş həkimin məhkəməsi başlayıb
# 17 iyul 2019 17:51 (UTC +04:00)

Mingəçevir şəhər Məhkəməsində şəhərr Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR