Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşının məhkəməsi olub

Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşının məhkəməsi olub
  • Clock-gray 12:13
  • calendar-gray 19 İyun 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində 72 nəfəri aldatmaqdan təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Akif Mirzəliyev bildirib ki, aldığı mənzilin başqa şəxsə də satıldığını öyrənib. Buna görə də Hikmət Yiğitdöldən şikayətçi olub. A.Mirzəliyev əlavə edib ki, hazırda şikayəti yoxdur, çünki problemi həll edilib.

Digər zərərçəkmiş Eyvaz Mustafayev də şikayətçi olmadığını deyib. Bildirib ki, problemi həll edilib, mənzili geri qaytarılıb.

H.Yiğitdöl hər kəsin zərərinin qəpiyinə kimi qaytarıldığını deyib.

Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb. İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib. Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date