Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib

Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib
# 25 iyun 2019 16:19 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, bir müddət əvvəl cinayət işi üzrə barəsində həbs-qətimkan tədbiri seçilməyən M.Niftəliyev son məhkəmə proseslərində iştirak etməyib. Bu səbəbdən onun barəsində axtarış elan edilib və icraat dayandırılıb.

Hazırda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Niftəliyevi saxlayaraq aidiyyatı üzrə təhvil verib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Proses iyulun 4-ə təyin edib.

Qeyd edək ki, Mahir Niftəliyev vətəndaş Sultanov Vidadi Şərafəddin oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR