Dələduzluqda təqsirli bilinən makler məhkəmə zalından həbs edilib

Dələduzluqda təqsirli bilinən makler məhkəmə zalından həbs edilib
# 14 noyabr 2019 12:10 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, M.Mehdiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan M.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan 8 bina satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb. "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehdi Mehdiyevin də əməlinin üstü açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR