Dələduzluq və rüşvətə təhrikdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub

Dələduzluq və rüşvətə təhrikdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub
  • Clock-gray 11:17
  • calendar-gray 18 İyul 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elçin  Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə təqsirləndirilir.
E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.
İstintaq orqanı E.Musayevə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürüb.
 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date