Dəmir yolu xəttindən oğurluğa cəhd edən 4 nəfər tutulub

Dəmir yolu xəttindən oğurluğa cəhd edən 4 nəfər tutulub
# 18 yanvar 2022 10:51 (UTC +04:00)

Siyəzən-Zarat dəmir yolu xəttindən oğurluğa cəhd olunub.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən 33 ədəd rels altlığı və 36 dəst boltu oğurlamağa cəhd göstərən Siyəzən rayon sakinləri M.Nadirov, İ.Məmmədov, əvvəllər məhkum olunmuş B.Məmmədov və oğlu S.Məmmədov DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR