Dəmir yolu xəttinə çıxan adamı qatar vurub

Dəmir yolu xəttinə çıxan adamı qatar vurub
# 01 fevral 2023 21:23 (UTC +04:00)

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.

Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR