Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb - FOTO

Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb  - FOTO
# 30 iyul 2022 02:57 (UTC +04:00)

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.

APA xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR