DİN: Ağdamda həmkəndlilər arasında baş verən dava ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

DİN: Ağdamda həmkəndlilər arasında baş verən dava ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
# 06 avqust 2022 15:15 (UTC +04:00)

Ağdamda qonşular arasında mübahisə cinayətlə nəticələnib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-ya bildirib ki, bu gün Ağdam rayonunun Çıraqlı kəndində iki həmkəndli arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Məsələ ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

***

12:58

Ağdamda qonşular arasında mübahisə cinayətlə nəticələnib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Çıraqlı kəndində qeydə alınıb.

Kənd sakini Əhmədov Firəddin Qənbər oğlu həmkəndlisi Paşayev Saqi Dərgah oğlu ilə həyətin yaxınlığına zibil tökməyin üstə aralarında mübahisə yaranıb.

Nəticədə F.Əhmədov həmkəndlisi S.Paşayevin başına əlindəki bellə xəsarət yetirib. Yaralı S.Paşayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR