DİN AXCP fəalının saxlanılması iddilarına cavab verib

DİN AXCP fəalının saxlanılması iddilarına cavab verib
# 20 yanvar 2023 22:51 (UTC +04:00)

Sosial şəbəkələrdə Masallı sakini olan AXCP fəalı Elvin Bəhrəmovun bu gün səbəb göstərilmədən polis şöbəsinə aparılması və saatlarla orada saxlanılması barədə iddialar paylaşılıb.

İddialarla bağlı APA-nın Cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, E. Bəhrəmov idarə etdiyi "Qaz 3102" markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb. "E.Bəhrəmovun həmin avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən olunduğu üçün nəqliyyat vasitəsi Masallı RPŞ-nin duracağına yerləşdirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və o sərbəst şəkildə şöbəni tərk edib. E.Bəhrəmovun siyasi partiya mənsubluğuna görə saxlanılması iddiası uydurmadır və heç bir əsası yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR