DİN azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı təhlükəsizlik tədbirlərini açıqlayıb

DİN azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı təhlükəsizlik tədbirlərini açıqlayıb
# 18 yanvar 2022 12:01 (UTC +04:00)

“Daxili İşlər Nazirliyi olaraq işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün kompleks plan tədbirləri həyata keçirilir, təhlükəsizlik tədbirləri nəzarət altındadır. Təhlükəsizlik məsələsi hamımızın çox diqqət yetirməli olduğu məsələdir”.

APA-nın xəbərinə görə, bunu işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edərkən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı üç istiqamətdə işlərin görülməsi nəzərdə tutulur: “Birincisi, avtobus üzvlərinin gedəcəyi yollarla tanışlığı, orada yollarda hansı çətinlik ola bilər və s. İkinci olaraq bütün avtobuslar çıxış məntəqəsindən etibarən yol-patrul xidməti tərəfindən müşayiət olunacaq. Sonrakı mərhələdə azad olunmuş əraziyə girməmiş son duracaqda biletlər və bilet alan şəxslər yoxlanılacaq. Daha sonra isə polis əməkdaşı həmin avtobusda əyləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR