DİN Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yayıb - YENİLƏNİB - VİDEO

DİN Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yayıb - YENİLƏNİB  - VİDEO
# 16 yanvar 2023 10:01 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

***

09:05

Bakıda və Şəkidə məktəblilər itkin düşüb.

APA xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR