DİN: Bakıda 150-dən çox yol kəsişməsində hərəkət tənzimlənir

DİN: Bakıda 150-dən çox yol kəsişməsində hərəkət tənzimlənir
# 28 noyabr 2022 10:24 (UTC +04:00)

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən paytaxtın 150-dən artıq yol kəsişməsində hərəkətin tənzimlənməsi təmin edilir.

APA xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qeyd olunub ki, yollarda real vəziyyətə uyğun işıqtoforların vaxt planları nizamlanır: "Fiziki müdaxilə zərurəti olduqda məlumat yol polisinin naryadlarına ötürülməklə hərəkətin fasiləsizliyi diqqətdə saxlanılır".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR