DİN Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 14 may 2022 16:59 (UTC +04:00)

"Bakının Fəvvarələr meydanında bu gün keçirilən aksiya zamanı heç bir insident qeydə alınmayıb".

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib:

"Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR