DİN Goranboydakı mikroavtobus qəzası ilə bağlı araşdırma aparır - VİDEO

DİN Goranboydakı mikroavtobus qəzası ilə bağlı araşdırma aparır - VİDEO
# 24 iyul 2022 11:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Goranboyda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev APA-ya bildirib ki, qeyd olunan qəzada ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.

DYP-dən o da bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir nəfərin əlindən yüngül yanıq xəsarəti var.

DYP rəsmisi qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR