DİN: Heyvanın döyülməsi ilə bağlı 2 nəfər saxlanılıb - FOTO - YENİLƏNİB - VİDEO

DİN: Heyvanın döyülməsi ilə bağlı 2 nəfər saxlanılıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 25 iyul 2022 16:24 (UTC +04:00)

"Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb”.

Bunu APA-ya DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

DİN rəsmisi qeyd edib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar: "Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib".

***

15.57

Sosial şəbəkədə heyvana işgəncə verilməsi ilə bağlı daha bir videogörüntü yayılıb.

APA-xəbər verir ki, sosial şəbəkədə yayılan videoada bir nəfərin heyvanı döyərək bu hərəkəti videoya çəkdiyi yer alıb.

Daxili İşlər Nazirliyi sosial şəbəkədə yayılan bu videogörüntüyə münasibət bildirib. Nazirliyin açıqladığı məlumatda qeyd edilib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR