DİN motosiklet sürücüsünü döyən Sultan Dadaşovun həbsi barədə məlumata münasibət bildirib - VİDEO - YENİLƏNİB

Sultan Dadaşov

© APA | Sultan Dadaşov

# 26 aprel 2022 17:10 (UTC +04:00)

Bakıda motosiklet sürücüsünə fiziki təzyiq göstərən Sultan Dadaşovun həbs olunması barədə məlumat yoxdur.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

Anar Qafarov deyib ki, yayılan görüntülərlə bağlı araşdırmalar davam etdirilir.

***

14.22

Bakıda motosiklet sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

APA-nın xəbərinə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. “Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən motosiklet sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.

Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək, motosiklet sürücüsünə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR