DİN Nazilə Səfərlinin həbsinə dair xəbərlərə münasibət bildirib

DİN Nazilə Səfərlinin həbsinə dair xəbərlərə münasibət bildirib
# 09 iyul 2022 22:39 (UTC +04:00)

Daxili İşlər Nazirliyi şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir. Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR