DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB

DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb  - YENİLƏNİB
# 08 may 2022 00:30 (UTC +04:00)

May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

DİN regional mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedib.

Həmin qadın ilə A. Cabbarovun mübahisəsinin davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışmışıb.

Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.

Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Arzu Cabbarov dərhal əməliyyat edilsədə əməliyyatdan az sonra vəfat edib.

Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.

***

07.05.2022

Saat 23.00

***

Şəmkir sakini özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Cabbarov Arzu Sultanəli oğlu qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaq A.Cabbarov xəstəxanada ölüb.

Məlumata görə, həmin şəxs qolunu şüşə ilə kəsib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR