DİN: Sərxoş halda polis avtomobilinin şüşəsini sındıran aksiya iştirakçısı saxlanılıb

DİN: Sərxoş halda polis avtomobilinin şüşəsini sındıran aksiya iştirakçısı saxlanılıb
# 11 noyabr 2022 18:24 (UTC +04:00)

Bu gün - noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar: "Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR