DİN: Sumqayıtda azyaşlı üç bacının döyülməsi ilə bağlı cinayət işi açılıb - FOTO

DİN: Sumqayıtda azyaşlı üç bacının döyülməsi ilə bağlı cinayət işi açılıb - FOTO
# 30 iyun 2022 16:40 (UTC +04:00)

Sumqayıtda azyaşlıların döyülməsi ilə bağlı cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb: “İstintaq hərəkətləri davam etdirilir. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Sumqayıtda 3 bacı analarının tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb.

Uşaqlar təhlükəsizlik baxımından Uşaq Sığınacağına yerləşdirib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı hazırda Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır:

Qeyd edim ki, yetkinlik yaşına çatmayan 3 uşaq anasının narkotik maddə istifadə etməsi ehtimal olunan, qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə, Dövlət Komitəsi tərəfindən dərhal ailənin faktiki yaşadığı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət də ünvanlanıb".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR