DİN: Tovuzda naqil oğurlayan bir nəfər ölüb, iki nəfər tutulub - YENİLƏNİB 1 - VİDEO

DİN: Tovuzda naqil oğurlayan bir nəfər ölüb, iki nəfər tutulub  - YENİLƏNİB 1  - VİDEO
# 02 may 2022 13:17 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub.

Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı artıq iki nəfər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların digər cinayət işlərinin olub-olması araşdırılır.

***

09:20

Tovuzda kişini cərəyan vurub öldürməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü İbrahimov Yasın Əyyublu kəndində transformatordan elektrik xətlərini oğurlayan zaman onu elektrik cərəyanı vurub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

***

08:47

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlmatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

İbrahimov Yasini elektrik cərəyanı vuraraq öldürüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR