DİN Xaçmazda yol polisinin piyadanı vurması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

DİN Xaçmazda yol polisinin piyadanı vurması ilə bağlı məlumat yayıb - YENİLƏNİB
# 16 yanvar 2023 09:35 (UTC +04:00)

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.

“Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır", - o əlavə edib.

***

02:10

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

APA xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR