DİN Zəngilanda toy keçirilməsi barədə məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 23 dekabr 2021 11:14 (UTC +04:00)

İşğaldan azad edilmiş Zəngilan rayonunda toy mərasimi keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil.

“Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır", - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR