Dörd rayonda 398 ağac kəsilib, cinayət işləri başlanıb

Dörd rayonda 398 ağac kəsilib, cinayət işləri başlanıb
# 10 yanvar 2023 14:28 (UTC +04:00)

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR