Dostunu öldürən şəxs şikayətindən imtina edib

Dostunu öldürən şəxs şikayətindən imtina edib
  • Clock-gray 09:21
  • calendar-gray 11 Sentyabr 2019

Bakı Apelyasiya Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs şikayətindən imtina edib.

Bu səbəbdən şikayətin baxılmasına xitam verilib.

Qeyd edək ki, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə. Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə. Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə. Nağıyev 13 il azadlıqdan məhrum edilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date