Dövlət Komissiyası: 8 ayda 4 tondan çox narkotik dövriyyədən çıxarılıb

Dövlət Komissiyası: 8 ayda 4 tondan çox narkotik dövriyyədən çıxarılıb
# 16 sentyabr 2022 10:28 (UTC +04:00)

Bu ilin 8 ayı ərzində narkotiklərlə bağlı 7440 fakt aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 2604 fakt satış, 4412 fakt saxlama, 352 fakt əkin və 72 fakt isə digərləri hesab olunub.

8 ay ərazində 4 ton 410 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR