Dövlət Komitəsi oğlu və gəlini tərəfindən zorakılıq edilən yaşlı qadınla bağlı açıqlama yayıb - YENİLƏNİB

Dövlət Komitəsi oğlu və gəlini tərəfindən zorakılıq edilən yaşlı qadınla bağlı açıqlama yayıb  - YENİLƏNİB
# 23 sentyabr 2022 14:57 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı yayılan görüntü ilə bağlı məlumat yayıb.

Komitədən APA-ya verilən xəbərə görə, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:

“Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

***

12:04

Bakıda yaşlı qadına zorakılıq edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə 90 yaşlı qadına qarşı oğlu və gəlini tərəfindən zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.

Səlcuq Elçin

Yetər Kərimli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR