Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb - FOTO

Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb - FOTO
# 04 oktyabr 2022 14:02 (UTC +04:00)

Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR