Dövlət Xidməti “Sədərək” ticarət mərkəzində yanğın-taktiki təlim keçirib - VİDEO

Dövlət Xidməti “Sədərək” ticarət mərkəzində yanğın-taktiki təlim keçirib - VİDEO
# 27 fevral 2023 10:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə mərkəzin işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə 12 ədəd texnika və 97 nəfər şəxsi heyət cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR